Tələbələrin nəzərinə: 3 universitetin diplomu tanınmayacaq 28 May 2019 11:46 Xəbərlər Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib. Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ hadisələri göstərilir: "Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb". Ekspert bildirib ki, yeni qərarə əsasən bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək. Teqlər : #Tələbələrin,#nəzərinə:,#universitetin,#diplomu,#tanınmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulda metro yanır Bakıda 22 marşrut xəttinin son dayanacağı və hərəkət istiqaməti dəyişdiriləcək - Sabah