TƏBİB: Həftəsonu küçəyə çıxmanın tam qadağan olunması barədə müraciətimiz qəbul olunub

TƏBİB: Həftəsonu küçəyə çıxmanın tam qadağan olunması barədə müraciətimiz qəbul olunub

“Artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir. Öncədən müəyyənləşdirilən alqoritmə uyğun olaraq bu fərq 200-ü keçdiyi üçün biz bu müraciəti etdik”.

 
Maide.Az -ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
R. Bayramlı deyib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmağın qadağan olunmasını təklif etmişik: “Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir, iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir, burada beynəlxalq təcrübədən, o cümlədən Türkiyə və İsrail təcrübəsində var. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyynələşdirilir”. 
 
R.Bayramov bikdirib ki, ictimai və şəxsi nəqliyyatdan istifadə həftə sonları tam qadağan olunacaq, yalnız müəyyən sahələrdə çalışanlarla bağlı istisnalar nəzərdə tutulur”.
 
R. Bayramlı deyib ki, bu gün tibb müəssisələri fədakar həkimlərimizin əməyi ilə xidmət göstərməkdədir: “Həkimlər çox əziyyətli olsa da, öz fəaliyyətlərini davam etdirirlər. Bir çox xarici ölkədə xəstələr orta və ağır vəziyyətə gələnə qədər evdə qalırlar. Ancaq bizdə hər bir xəstə pozitiv nəticə verən zaman müvafiq tibb müəssisəsinə yerləşdirilir. Məhz bunun nəticəsidir ki, bu qədər xəstə sayına baxmayaraq, itirdiyimiz xəstələrin sayı azdır”.
 
R. Bayramlı deyib ki, beynəlxalq təcrübəyə əsaslanaraq, həftə sonu küçəyə çıxmağın qadağan olunması təklif olunub. Təklifin detalları barədə sabah Baş Nazir məlumat verəcək: "Ondan sonra təkrar brifinq keçirilərək suallara cavab verilə bilər. Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub. 
 
İ. Məmmədov deyib ki, 190 manat birdəfəlik ödəmə aprel və may ayları üçün nəzərdə tutulmuşdu.