Ötən il əhali arasında ölümün əsas səbəbləri bəlli olub

Ötən il əhali arasında ölümün əsas səbəbləri bəlli olub

2019-cu ildə Azərbaycanda 55 min 916 nəfər dünyasını dəyişib.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ölüm səbəbləri arasında öncəki illərdə olduğu kimi qan dövranı sistemi xəstəlikləri üstünlük təşkil edib.
 
Belə ki, ötən il bu xəstəlikdən ölənlərin sayı 32 min 471, yeni törəmələrdən dünyasını dəyişənlərin sayı 8 min 819, travmalar, zəhərlənmələr, xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlərin sayı 2789, tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 1854 olub. Əhalinin hər yüz min nəfərinə düşən ölüm sayı 564.6 olub.
 
Qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlər isə əhalinin hər yüz min nəfərindən 327.8-ni təşkil edib.
 

Google+ WhatsApp ok.ru