Tacikistanda bu gündən yaxın qohumlar evlənə bilməyəcəklər

Tacikistanda bu gündən yaxın qohumlar evlənə bilməyəcəklər

Tacikistanda yaxın qohumların bir-biri ilə nikaha girməsini qadağa edən qanun iyunun 1-də qüvvəyə minib.
 
Maide.Az "İnterfaks"-a istinadən xəbər verir ki, bundan başqa dəyişiklikdə niaha daxil olanların məcburi qaydada tibbi müayinədən keçməsi də nəzərdə tutulub.
 
İnformasiyaya görə, "Vətəndaşın vəziyyətinin dövlət qeydiyyatı haqqında" qanuna edilən dəyişikliyə əsasən əmi, dayı, xala, bibi uşaqları və nəvələri bir-biri ilə ailə qura bilməz. 
 
"Tacikistan Respublikasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər nikaha daxil olmazdan əvvəl məcburi tibbi müayinədən pulsuz keçir.", - düzəlişdə deyilir.
 
Qeyd edək ki, bir müddət əvvəl Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nüsrətulla Səlimzoda 2015-ci ildə ölkədə 30 min əlil uşağın qeydə alındığını və onların çoxunun valideynlərinin qan qohumu olduğunu bildirmişdi. /

Google+ WhatsApp ok.ru