Tacikistanda İslam İntibah Partiyasının üzvlərinin məhkəməsi

Tacikistanda  müxalif yönlü İslam İntibah Partiyasının 13 üzvi ötən il bu ölkədə baş verən gərginlikləri dəstəkləməkdə ittiham olunaraq mühakimə olunur. 
 
Maide.az xəbər verir ki, bu şəxslər ötən il bu ölkədə onlarla insanın ölümü ilə nəticələnən qarşıdurmaları dəstəkləməkdə ittiham olunurlar. 
 
Tacikistan İslami İntibah Partiyası Ali Məhkəmə tərəfindən “ekstremist və terrorçu” təşkilat kimi qadağan olunub və onun 20-dək üzvü həbs edilib.
 
Bu məhkəmə qərarı, hökumət ötən sentyabrda polis məntəqəsinə və Düşənbə yaxınlığındakı cəbbəxanaya silahlı basqına görə bu partiyanı ittiham etdikdən sonra qəbul olunub. Həmin basqında 50 nəfərə yaxın şəxsin öldüyü bildirilir. 
 
Tacikistan Hakimiyyəti bildirir ki, basqınları daxili işlər nazirinin keçmiş müavini Abduhalim Nazarzoda təşkil edib. Nazarzodanın sonradan polislə atışmada öldürüldüyü elan edilmişdi. O vaxt İslami İntibah Partiyası Nazarzoda və ya basqınlarla heç bir əlaqəsinin olmadığını, ittihamların siyasi motiv daşıdığını bəyan etmişsi.
 
İnsan haqları təşkilatları da hakimiyyətin İslamçılara qarşı təqiblərinin siyasi motivli olduğunu qəbul edir. İnsan haqları təşkilatları saxlanılan islamçıların işkəncələrə məruz qaldığını və onların taleyi ilə bağlı öz narahatlıqlarını bildirirlər. /
 
Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.
 

 

Google+ WhatsApp ok.ru