Taleh Bağırov 20 il azadlıqdan məhrum edildi -YENİLƏNİB

Taleh Bağırov 20 il azadlıqdan məhrum edildi -YENİLƏNİB

 (ilk xəbər bu gün 14:09-da dərc olunub ) 
 
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə həbsdə olan 18 nəfərə, o cümlədən ilahiyyatçı Taleh Bağırova və AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya hökm oxunub.
 
Maide.Az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən səxlərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs T.Bağırov 20 il azadlıqdan məhrum edilib.
 
Həmçinin Fuad Qəhrəmanlı 10, Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Ramin Yarıyev 10 və Rasim Cəbrayılov 17 il azadlıqdan məhrum edilib.  Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
 
Ramin Yarıyev həbs olunarkən yetkinlik yaşına çatmadığından, qanuna görə, ona 10 ildən artıq cəza verilə bilməzdi.
 
Qeyd edək ki, bundan əvvəl prokuror T.Bağırovun ömürlük, F.Qəhrəmanlının 11 il, Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadənin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. (trend) 
 

Google+ WhatsApp ok.ru