Taleh Bağırovun həbs müddətinin uzadılması ilə bağlı təqdimat verilib

Baş prokurorun müavini Rüstəm Usubov  həbsdə olan Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verib. Bu barədə APA-ya T. Bağırovun vəkili Cavad Cavadlı bildirib. 
 
Məlumata görə, T. Bağırovun həbs müddətinin uzadılması məsələsinə martın 7-də Nəsimi rayon Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, T. Bağırov ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Google+ WhatsApp ok.ru