Taleh Bağırovun məhkəməsi təxirə salınıb

Barəsində həbs qətimkan tədbiri seçilmiş Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə yanvarın 6-da keçirilməli olan məhkəmə təxirə salınıb. Bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.
 
Vəkil bildirib ki, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
Vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
 
T.Bağırovun iddiasına yanvarın 6-da baxılmalı idi. Prosesə sədrliyi hakim Babək Pənahov edəcəkdi.
 
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.azadliq.info /
 

Google+ WhatsApp ok.ru