Taleh Bağırzadə barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verib

Nardaran hadisələri zamanı həbs edilən Taleh Bağırzadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verilib. Maide.az "Reporta"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov bildirib.
Apellyasiya şikayətinə dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, T.Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Google+ WhatsApp ok.ru