İtaliyanın 25 şəhərində baş tutan etiraz aksiyaları iğtişaşa çevrilib

İtaliyanın 25 şəhərində Həmkarlar İttifaqlarının çağırışı ilə hökumət əleyhinə kütləvi nümayişlər keçirilib.
Maide.az-ın "Reuters"-ə istinadən  məlumatına görə,Romada keçirilən aksiyaya 15 min, Milanda 10 min, Neapol və Turində isə 25 min dövlət qulluqçusu və tələbə qoşulub.
Onlar hökumətin iqtisadi siyasətinə, yüksək işsizlik səviyyəsinə və əmək islahatlarına etirazlarını bildiriblər. Sözügedən islahatlar işəgötürənlərə əməkdaşları heç bir izahat vermədən işdən azad etməyə imkan verəcək.
Aksiya keçirilən şəhərlərdə ictimai və dəmiryolu nəqliyyatının hərəkəti dayandırılıb, hava limanlarında uçuşlar təxirə salınıb. Milan və Paduyada keçirilən aksiyalar polislə toqquşma ilə nəticələnib.
Bir qrup tələbə polisə partlayıcı maddə və tüstü bombaları atıb.
Polis onlara qarşı güc tətbiq edib. Paduyada Demokratlar partiyasının qərargahına daxil olmağa cəhd göstərən radikal qrupa qarşı polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Romada da dinc başlayan aksiya iğtişaşa çevrilib. Etirazçılar iqtisadiyyat nazirliyi binasına partlayıcı maddələr ataraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Aksiyalarda polis əməkdaşları da daxil olmaqla 20 nəfər xəsarət alıb. //
 

Google+ WhatsApp ok.ru