Talış Mədəniyyət Mərkəzinin rəhbəri məhkəməyə aparılıb - FOTO

Maide.az xəbər verir bu gün Talış Mədəniyyət Mərkəzinin bir qrup üzvü aksiya keçirmək üçün Həzi Aslanovun abidəsi yaxınlığına toplaşıblar. Aksiyanın keçirilməsinə səbəb talışlara qarşı aparılan məqsədyönlü aşağılayıcı siyasətə son qoyulması, efirdən səslənən təhqirlərə görə üzr istənilməsi olub. Amma aksiya iştirakçıları ANS telekompaniyası istiqamətinə hərəkət edərkən polis onları saxlayıb.

Bildirilir ki, Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov və bir neçə şəxs polis tərəfindən saxlanılaraq, Səbael Məhkəməsinə aparılıblar.

Google+ WhatsApp ok.ru