Tarixə dönən ‘sovetski’nin kompensasiya narazılıqları

Tarixə dönən ‘sovetski’nin kompensasiya narazılıqları

"Yeni Müsavat" qəzetində isə "Sovetski sakinlərinin kompensasiya dərdi -mənzillər bahalaşıb, təzminat məbləği isə dəyişməyib" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Bakının tarixi "sovetski" məhlləsindəki söküntülər, sakinlərin verilən kompensasiyaların azlığı ilə bağlı narazılıqlarını gündəmin müzakirəsinə daşıyır.
 
Müəllif deyir ki, hazırda bu məhəllədə söküntü işləri davam edir, bu ərazi ilə bağlı Bakı rəhbərliyi, təfərrüatını açıqlamasa da, xüsusi plan hazırlandığını bildirir.
 
Buradan köçürülən sakinlərə verilən kompensasiyaya gəlincə, müəllif vurğulayır ki, hər kvadratmetrə görə sakinlərə 1500 manat pul ödənilib.
 
Müəllifin sözlərinə görə, hazırda evləri söküntüyə düşəcək sakinlərin əksəriyyəti verilən kompensasiyanın azlığından şikayət edir və bildirirlər ki, dövlət kompensasiya məsələsinə yenidən baxmalıdır: "Onlardan öyrəndik ki, köçürülmənin üçüncü mərhələsində də narazı sakinlər olub. Belə ki, sakinlərin sözlərinə görə, kompensasiya ödənilən zaman evin artırılmış hissəsinə heç bir məbləğ ödənilməyib", deyə müəllif kompensasiyadan hələ də narazılıqların qaldığını vurğulayır.
 
Yazı müəllifi deyir ki, sakinlər kompensasiya ödənişi həcminin artırılmasını 2015-ci il devalvasiyasından sonra manatın dollara nisbətdə iki dəfədən çox dəyər itirməsilə əsaslandırırlar: "Camaata 1500 manat veriləndə 1 dollar 78 qəpik idi, bazarda məhsullar ucuz idi. İndi, necə olur ki, bütün hər şey bahalaşır, kompensasiya isə yerində qalır. Ya köçürməsinlər, ya da normal pul versinlər ki, biz də özümüzə ev ala bilək", deyə müəllif sakinlərə istinadən bildirir .
 
Müəllif bunu da vurğulayır ki, sakinlər söküntülərlə bağlı tez-tez kommunal problemlər yaşadıqları üçün buradan köçmək istəyirlər.
 
Müəllifin sözlərinə görə, millət vəkilləri qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan "sovetski"də manatın inflyasiyası nəzərə alınmaqla evlərin kompensasiya məbləğinin heç olmasa, 2 min manata çatdırılması, ya da ev sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzillər verilməsi barədə Nazirlər Kabinetinə təkliflər səsləndiriblər.
 
Müəllif isə Nazirlər Kabinetinin 2018-ci il hesabatına istinadən bildirir ki, müstəqil qiymətləndirmə ekspertləri mənzilin əsas və köməkçi sahələrinin hər kvadratmetri üçün son hədd olaraq 1500 manat təklif edir və bu məlumata əsasən, "Sovetski" sakinlərinin kompensasiyanın artırılması istəklərinin gerçəkləşdirilməyəcəyini bildirir.
 

Google+ WhatsApp ok.ru