Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 108-ə çatıb

Tayvanda keçən həftə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 108-ə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
 
Fevralın 5-i Tayvanın cənubunda 6,4 bal gücündə zəlzələ baş verib. Təkanlar Yuytszin şəhərindən 25 km məsafədə qeydə alınıb. Zəlzələdən ən çox zərər çəkən Taynan şəhəri olub.
 
Xilasedicilər zəlzələ bölgəsində zərərçəkənləri bina uçuqlarının altından çıxarmağa davam edirlər./
 

Google+ WhatsApp ok.ru