Tayvanda körpünün çökməsi kameralara düşüb

Tayvanda körpünün çökməsi kameralara düşüb

Tayvanın İlan bölgəsində kanal üzərindəki körpünün çökməsi anının videogörüntüləri yayılıb.
 
APA xəbər verir ki, görüntülər “Channel NewsAsia” telekanalı vasitəsilə yayımlanıb.
 
Bildirilir ki, hadisə sentyabrın 30-da baş verib. Görüntülərdən də məlum olur ki, həmin vaxt körpüdən yanacaq daşıyan yük maşını keçirmiş. Körpü uçduğundan avtomaşın çaya düşüb. Həmçinin körpünün altında balıqçı qayıqları da olub ki, nəticədə çox sayda insan suya yıxılıb.
 
Xilasetmə xidmətinin məlumatına görə, hadisədən sonra azı 10 nəfər, eləcə də yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib. Eləcə də patrul xidmətinin iki nümayəndəsi də yüngül xəsarət alıb.
 

Google+ WhatsApp ok.ru