Tayvanda qasırğadan xəsarət alanların sayı artır - 131 nəfər

Tayvanda qasırğadan xəsarət alanların sayı artır - 131 nəfər

Son sutka ərzində Tayvanda "Nesat" və "Haitang" qasırğalarından xəsarət alanların sayı artmaqdadır. Trend-in məlumatına görə, adanın müxtəlif rayonlarında 131 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.
 
Qasırğa aramsız yağışlarla müşayiət olunub ki, bu da bir çox ərazilərdə sürüşmə təhlükəsi yaradıb. 279 yaşayış məntəqəsi su altında qalıb.
 
Qasırğa adanın ektrik enerjisi ilə təchizatında da problemlər yaradıb. Çox sayda avtomobilə ziyan dəyib.
 
Yerli hökumət nümayəndəsinin verdiyi məlumata görə, təkcə kənd təsərrüfatına dəyən ziyan 5,8 milyon dollar təşkil edib.
 

Google+ WhatsApp ok.ru