Tbilisidə Qədir-xum bayramı qeyd edilib - Foto

Gürcüstanın paytaxtı Tbilisidə, müsəlmanlar yaşayan Marneuli, Qardabani, Kaspi və digər rayon və kənd məscidlərində Qədir-xum bayramı münasibətilə tədbirlər keçirilib

İnterAz-ın məlumatına görə, belə mərasimlərdən biri də, ötən axşam Tbilisi “Cümə” məscidində keçirilib. Tədbir şəhərin müxtəlif qəsəbələrindən, ətraf məntəqələrdən dəvət olunan ruhani, tələbə və dindarların və iranlı və türk qonaqların iştirakı ilə baş tutub.

Bayram tədbiri Vidadi Qurbanovun Quran tilavəti ilə başlayıb, daha sonra Gürcüstan Müsəlmanları İdərəsinin şeyxi Ramin İgidov çıxış edib. O, tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etdikdən sonra bu gün - "Qədir Xum" hadisəsi və onun əhəmiyyət və fəzilətləri haqqında ətraflı məlumat verib.

Məclis, İran İslam Respubliksaının səfirinin təbriki, "Əl-Mustafa" Universitetinin Gürcüstandakı nümayəndəsi Davud Qəşəminin söhbəti, mədrəsə tələbələrinin oxuduğu şeir və ilahilər, məddahların qəsidələri ilə davam edib.

Tədbirin sonunda müsabiqə keçirilmiş, qaliblərə Qurani-Kərimin azərbaycanca tərcüməsi və "Əli" adına sahib olanlara müxtəlif hədiyyələr təqdim olunub. Mərasimdən sonra tədbir iştirakçıları üçün geniş bayram süfrəsi də açılıb. /

Google+ WhatsApp ok.ru