Tbilisidə atışma zamanı prezidentin kürəkəni yaralanıb

Tbilisidə atışma zamanı prezidentin kürəkəni yaralanıb

-- o, güllə yarasıyla xəstəxanaya yerləşdirilib

Gürcüstan prezidentinin kürəkəni Mindia Qoqoçuriyaya qarşı silahlı hücum baş verib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, ötən gün baş verən hücumdan sonra o, güllə yarasıyla xəstəxanaya yerləşdirilib.
 
Qoqoçuri respublika xəstəxanasına yerləşdirilib və hal hazırda onun üzərində əməliyyat aparılır.
 
Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işinin araşdırılmasına başlayıb. Hadisənin detalları məlum deyil.
 
Xatırladaq ki, Mindia Qoqoçuri Georgi Marqvelaşvilinin birinci xanımından olan qızı Maşo Çiçuanın həyat yoldaşıdır. O, ilk dəfə diqqət mərkəzinə 2017-ci ilin yanvarında düşüb. Qoqoçuri və onun dostu gecə vaxtı paytaxtın mərkəzində odlu silahdan yaralanıblar. Onlar ayaq nahiyəsində yaralarla xəstəxanaya yerləşdiriliblər.
 

Google+ WhatsApp ok.ru