Tbilisidə nümayişlər zamanı saxlanılanların 51-i azadlığa buraxılıb

Tbilisidə nümayişlər zamanı saxlanılanların 51-i azadlığa buraxılıb

Tbilisidə keçirilən nümayişlər zamanı saxlanılanlardan 51 nəfəri azadlığa buraxılıb.
 
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Tbilisi Şəhər Məhkəməsi yayıb.
 
Bildirilib ki, məhkəmənin İnzibati Məsələlər Paneli iyunun 25-də Baş prokurorluğun ərizəsi əsasında saxlanılan 51 nəfərin cəza müddətini endirib və onlar azadlığa buraxılıblar.
 
Qeyd edək ki, iyunun 20-21-də Şota Rustaveli prospektindəki hadisələr zamanı inzibati xətalara yol verməsi əsas gətirilərək 305 nəfər saxlanılıb.
 
 

Google+ WhatsApp ok.ru