Tehran-Bakı-Təbriz marşrutu ilə yeni aviareys açılıb

Tehran-Bakı-Təbriz marşrutu ilə yeni aviareys açılıb

Azərbaycanla İran arasında aviauçuşların coğrafiyası genişləndirilir.
 
Maide.Az xəbər verir ki, Bu gündən etibarən Tehran-Bakı-Təbriz marşrutu ilə yeni aviareys həyata keçiriləcək.
 
Uçuşları  İranın "ATA Airlines" şirkəti həyata keçirəcək. Uçuşlar həftənin bazar ertəsi və cümə axşamları yerinə yetiriləcək.
 
Təyyarə saat 12:16-da Tehrandan Bakıya yola düşəcək və 13:30-da Bakıda olacaq. Eyni təyyarə 15:00-da Təbrizə uçacaq. Bakı-Tehran istiqamətində aviabiletin qiyməti (gediş -dönüş) 180 manat təşkil edir. 
 
Uçuşlar "Airbus-320" təyyarəsi ilə yerinə yetiriləcək.

Google+ WhatsApp ok.ru