Tehranda Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq

Tehranda Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq

Azərbaycan nümayəndələri dekabrın 10-11-də Tehranda keçiriləcək Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik üzrə dördüncü görüşdə iştirak edəcəklər.
 
Bu barədə "Report" IRNA-ya istinadən məlumat verir.
 
İranın Liman və Dənizçilik Təşkilatının (PMO) nümayəndəsi Hadi Hakşenasın sözlərinə görə, tədbirdə iştirak etmək üçün Tehrana Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri gəlməlidirlər.
 
"Bu görüş Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə, habelə ətraf mühitin qorunmasına yönəlib", - o vurğulayıb.
 

Google+ WhatsApp ok.ru