Tehranın ətrafında Məkkə şəhəri- VİDEO

İranlı kinorejissor Məcid Məcidinin İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s)  həyatından bəhs edən film artıq hazırdır və fevral ayının əvvəllərində İranda keçiriləcək Fəcr Film Festivalında ekranlaşacaq. 
Maide.az-ın İran Fars xəbər agentliyinə istinadən məlumatına görə, filmin rejissoru Məcid Məcidi keçirdiyi mətbuat konfransında filmin dünyanın müxtəlif dillərinə tərcümə olunaraq yayımlanacağını açıqlayıb. 
Qeyd edək ki, Ekran əsərində peyğəmbərin uşaqlığından bəhs edilir və film onun doğumu ilə başlayır. 
Rejissor M.Məcidi deyib ki, Qərb dünyası Həzrəti İsayala bağlı 200-ə yaxın film çəkib. Amma Peyğəmbərimiz haqqında bu günə qədər yalnız iki film çəkilib. Biz niyə Peyğəmbərimizi (s) və İslamın gerçək üzünü dünyaya bu cür filmlərlə çatdırmayaq? Bu filmə yalnız İslam gözüylə yox, insan baxışıyla baxdıq”.
Film üç hissədən ibarət olacaq ki, birinci hissəsi təmamilə hazırlanıb. 
Filmin  çəkilişi və hazırlanması 7 il vaxt aparıb. 50 milyon dollar büdcə ilə daxili və xarici nümayiş üçün hazırlanıb. 
 
İranda çəkilən film üçün Məkkə və Mədinə şəhərlərini özündə əks etdirən böyük səhnələr qurulub və kino pavilyonu hazırlanıb. 
Maide.az “Məhəmməd (s) Allahın Rəsuludur” filminin çəkilişi üçün hazırlanmış pavilyonun filmini təqdim edir.  /
 

 

Google+ WhatsApp ok.ru