Telefon mağazaları yeni fırıldaqlığa əl atıb - VİDEO 17 İyun 2017 01:00 Ölkə Bakıda telefon mağazaları yeni fırıldaqlığa əl atıb Mağazalar kredit problemi olan telefonları başqalarına satır. Bunun üstü 3-4 ay sonra açılır. Telefonun İMEİ kodu bağlanır və şəbəkəyə qoşulmur. Belə bir hadisə Oğuz sakini Rəşad Nəbiyevin başına gəlib. Rəşad Nəbiyev Bakıda metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən bir mağazadan 170 manata telefon alıb. Bir neçə dəqiqə sonra telefonun işləmədiyini aşkarlayıb. O, telefonu qaytarıb və ona eyni telefonun yenisini təklif ediblər. Rəşad da buna razılaşıb və telefonu götürərək Oguz rayonuna qayıdıb. Lakin bir neçə ay sonra aldığı yeni telefonda da problem yaranıb. O, indi nə telefonu qaytara nə də pulunu ala bilir. Mağazadan onu müxtəlif bəhanələrlə yola salırlar. Məlum olub ki, telefon satanlar müştərini aldadıb. Onlar kreditdə olan telefonu zəmanət kağızı ilə birlikdə Rəşada satıblar. Kredit ödənmədiyindən telefonun şəbəkəyə qoşulması da əngəllənib. Mağazanın fırıldaqlığı isə zəmanət kağızına yazdığı iki İMEİ kodu ilə üzə çıxıb. Rəşad Nəbiyev isə çarəsiz qalıb. / Teqlər : # Telefon mağazaları yeni fırıldaqlığa əl atıb VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 18 mindən çox nikah qeydə alınıb Sabirabadda gölü qurutmaq üçün onu zibillə doldururlar