Telepatik kompüter hazırlanıb

Telepatik kompüter hazırlanıb

Alimlər insanın nəyə baxmasını və öz beyin fəaliyyətinə necə nəzarət etməsini müəyyənləşdirən süni intellekt hazırlayıb. Tədqiqat beyin və kompüter arasında birbaşa telepatik rabitə istiqamətində atılan növbəti addımdır ki, bu da videoların, təsəvvürlərin və ya yuxuların şifrlərinin açılmasına səbəb ola bilər.  
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları bildirib ki, mürəkkəb proqram təminatı beyin fəaliyyətinin şifrini açaraq onun mənasını yaza bilir. Çin tədqiqatçıları yeni tədqiqat işində diqqəti görmə qabığına yönəldib.
 
Bildirilir ki, alimlər tərəfindən dərin təlimə - kompüterin məlumatlarda obrazların tanınması metodlarına əsaslanan süni intellekt alqoritmi yaradılıb.  
 
Tədqiqatda xüsusi diqqət əlyazma hərf və rəqəmlərin tanınmasına yetirilib. Kompüter eyni əlyazma  rəqəm və ya hərfinə baxan yüzlərlə insanın məlumatlarından istifadə edib. Süni intellekt əşyaları insanın beyin fəaliyyəti kimi 90 faiz dəqiqliklə tanıyıb.
 
Gələcəkdə alimlər telepatik kompüter üzərində insan yuxularını yadda saxlamaq və yozmaq qabiliyyəti üzərində çalışmağı planlaşdırır. /

Google+ WhatsApp ok.ru