Teleqüllə yaxınlığında yeni çatlar yaranıb 23 Yanvar 2018 02:00 Ölkə -- Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, “Teleqüllə” sürüşmə sahəsi aktiv fazadadır. Onun sözlərinə görə, hazırda onlar ərazidə araşdırmanı davam etdirirlər: “Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb”. Ə. Qaralov qeyd edib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir. Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb. Teqlər : #Teleqüllə yaxınlığında yeni çatlar yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ötən il Azərbaycanda ölənlərin 57,8 faizi ürək çatışmazlığından vəfat edib Zavod çörəyinə nə qatılır?