Telman Zeynalov: “Bakıda aparılan tikinti və söküntü işləri paytaxtın havasını ciddi şəkildə çirkləndirir”

Dünyanın bir çox ölkələrində havanın tərkibi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi standartlara cavab vermir. Araşdırma 2008-2014-cü illərdə 103 ölkədə aparılıb. Nəticələrə görə, kasıb ölkələrin 100 mindən çox əhalisi olan şəhərlərinin 98% faizində havanın tərkibi standartlara uyğun deyil. Bakıda havanın çirklənmə səviyyəsi normadan artıqdır. 2015-ci ilin göstəricisinə görə, Bakıda PM2.5 göstəricisi 50 mkq/m3 olub.
 
Mövzu ilə bağlı ekoloq Telman Zeynalov Deyerler.org-la fikirlərini bölüşərkən qeyd eidb ki, havada normadan qat-qat artıq tozların olması əslində sirli bir məsələ deyil: “Bakı şəhərinin havasının çirkli olması ilə bağlı yayılan informasiyaya heç bir iradım yoxdur. Bakı artıq meqapolisə çevrilən bir şəhərdir. Burada yeni tikililərin inşa edilməsi, köhnə tikililərin sökülməsi havada olan tozların miqdarının artmasına səbəb olur. Bu baxımdan 15-20 il ərzində bu göstəricilər davam edəcək. Nə qədər ki, Bakıda işlər davam etdirilir bu göstəricilərin olması labüddür. Məxsusən də şəhərin mərkəzində avtomobillərin sayının çoxluğu bu göstəricilərin qeyd edilməsində mühüm rol oynayır. Çirkli havanın insan orqanizimində hansı fəsadları törədə biləcəyi ilə bağlı mütləq ciddi araşdırmalar aparılmalıdır. Bu işə dövlət özü diqqət ayrımalıdır. Ölkədə bu istiqamətdə məsul olan qurumlar mütləq ciddi araşdırmalara cəlb edilməlidir. Havanın təmizlənməsi ilə bağlı görülən işlərin önündə paytaxtda maşınların sayının azaldıması dayanır. Bu işə mütləq bir çarə tapılmalıdır. Maşınların sayının hədsiz dərəcədə çox olması hava çirklənməsində xüsusi rolu var. Nəzərə almaq lazımdır ki, paytaxt Bakı nisbətən çökəklikdə yerləşir. Bu səbəbdən də burada olan toz, çirkli hava digər yerlərə yayıla bilmir. Bu hava ilə nəfəs almaq da insan sağlamlığına çox mənfi təsir göstərir. Eyni zamanda da paytaxt ərazisində yaşıllıqların miqdarı artırılmalıdır”.
 

Google+ WhatsApp ok.ru