Terrorçular Əfqanıstanda şiələr yaşayn bölgədə  150 ailəni girov götürüb

Terrorçular Əfqanıstanda şiələr yaşayn bölgədə 150 ailəni girov götürüb

Əfqanıstanın şimalında əsasən şiələrin məskunlaşdığı Mirza Uləng qəsəbəsində terrorçular 150 ailəni girov götürüb. 
 
Maide.Az “əl-Mayadeen”-ə istinadən xəbər verir ki, İŞİD və Taliban terror qruplaşması artıq bir neçə gündür ki, birgə əməliyyat həyata keçirərək Əfqanıstanın Sərpol əyalətinin Səyyad şəhərinin Mirza Uləng qəsəbəsinə hücum edib. 
 
İŞİD və Taliban qruplaşmas artıq qəsəbəyə nəzarəti ələ keçirib. Məlumata görə, İŞİD və Taliban terrorçuları qəsəbəni işğal etdikdən sonra  50 nəfəri qətliam edib. Qətliam edilənlərin çoxu uşaqlar, qadınlar və yaşlı kişilər olub. 

Google+ WhatsApp ok.ru