Terrorçular Hələbdə mülki əhalinin yaşadığı ərazilərə 400-dən artıq raket atdı

Terrorçular Hələbdə mülki əhalinin yaşadığı ərazilərə 400-dən artıq raket atdı

Ötən axşamdan başlayaraq bu gün səhər saatlarına qədər Hələb şəhərinin “Nusra Cəbhəsi” və “Azad Suriya Ordusu” terrorçularının nəzarətində olan ərazilərdən  mülki vətəndaşlara intensiv raket zərbələri endirilib.

Bekə ki, Hələbin tarixi hissəsi sayılan Assuriya kvartalına 400-dən artıq raket və artilleriya mərmisi atılıb. Zərbələrdən sonra şəhərin bu kvartalında böyük dağıntılar qeydə alınıb. Ötən günün məlumatına əsasən, terrorçuların hücumları nəticəsində 48 nəfər həyatını itirib, 331 nəfər isə yaralanıb. Yaralılardan 25 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Bu gün isə hücumlar nəticəsində azı iki nəfərin həyatını itirdiyi bildirilir. Qeyd edək ki, terrorçular Hələbin şimalında Suriya ordusu ilə döyüşlərdə məğlub olaraq strateji Kastello yolunu əldən verib və faktiki olaraq mühasirəyə düşüb. Bu məğlubiyyətin qisası kimi terrorçular mülki vətəndaşların yaşadığı məntəqələrə intensiv raket zərbələri endirməyə başlayıb. (eastnews)

Google+ WhatsApp ok.ru