Terrorçular Suriyanın ədliyyə nazirini qaçırdı?

Suriyanın ədliyyə naziri Nəcm Haməd əl-Əhməd müxalif “Ceyşul İslam” silahlıları tərəfindən qaçırılıb.
Maide.az xəbər verir ki, Zehran Alluş adlı terrorçunun liderlik etdiyi qruplaşma əl-Əhmədi Şam şəhərində qaçırıblar.
Qruplaşma tərəfindən verilən açıqlamada bildirilib ki, nazirin qaçırılması üçün şəhərin mərkəzində gizli əməliyyat keçirilib.
Lakin Livanın Əl-Manar kanalına müsahibə verən Nəcm Əl-Əhməd  yayımlanan bu xəbərin yalan olduğunu vurğulayıb və bu kimi yalan xəbərlərin Suriya xalqının qanını tökən təkfirçi terrorçu qruplaşmaları dəstəkləyən kanalların uydurması adlandırıb. "Biz bu kimi yalan xəbərlərə önəm vermirik"/
 
 
 

Google+ WhatsApp ok.ru