Texasda çəkisi 2 tondan ağır ‘Snickers’ hazırlanıb - VİDEO 18 Yanvar 2020 12:50 Maraq dünyası ABŞ-ın Texas ştatının Uyeko şəhərində “Mars” şirkətinə məxsus yerləşən fabrikdə uzunluğu 3,5 metrdən və ağırlığı 2 tondan çox olan “Snickers” şokoladı hazırlanıb. “Report” TASS-a istinadən xəbər verir ki, ölçüsünə görə bu “çubuq” Mağazaların rəflərində olan adi “Snickers”dən 43 dəfə böyükdür. Onun hazırlanması üçün 1,6 ton şokolad və təxminən, 500 kq karamel, fıstıq və noqa istifadə olunub. CNN-in məlumatına görə, artıq nəhəng “Snickers”in Ginnesin Rekordlar Kitabına daxil edilməsi barədə qərar qəbul olunub. Ancaq nəhəng “çubuq” satılmır. Bu “Snickers”in xırda-xırda hissələrə bölünərək ölkə daxilində “Mars” şirkətinin işçilərinə paylanacağı planlaşdırılır. The world's largest Snickers bar was unveiled in, of course, Texas. It's the size of 43,000 single-size candy bars put together. https://t.co/JkHeUeC33x pic.twitter.com/IcAxELXDy2— CNN (@CNN) January 18, 2020 Teqlər : #Texasda,#çəkisi,#tondan,#ağır,#‘Snickers’,#hazırlanıb,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən kiçik insanı vəfat edib Yaponiya 6G-yə keçir