İt hücumuna qarşı mütləq edilməsi lazım olan 5 HƏRƏKƏT

İt hücumuna qarşı mütləq edilməsi lazım olan 5 HƏRƏKƏT

Küçədəki dostlarımızdan olan itlər bəzən də insana hücum edir. Bəs bir it hücumu qarşısında nələr etməniz lazım olduğunu bilirsinizmi? İt hücumunun qarşısını ala biləcək hərəkətlər.
 
1) Göz təması yaratmayın
 
İtin gözünün içinə baxmaq təhdid kimi qəbul edilir və bu sizə hücum etməsi üçün bir səbəb ola bilər. İti nəzər dairənizdə saxlayaraq göz təmasından qaçın. Təhdid kimi qəbul etməyəcəyi üçün uzaqlaşıb gedəcək.
 
2)Təlaş etməyin
 
İt və digər heyvanların qorxunu hiss etdiklərinə inanılır. Sizə hürən və qəzəblənən əsəbi bir iti görəndə çətin də olsa sakitləşməyə çalışın. Əgər qışqırıb qollarınızı sallasanız və ya qaçmağa çalışsanız bu itin sizi ov kimi görməsini təmin edə bilər və sizə hücum edə bilər.
 
3) Yavaşlayın
 
Qaçarkən təcavüzkar bir itlə qarşılaşsanız addımlarınızı seçin. İtin istiqamətindən əks tərəfə doğru yavaşca yeriyərək göz ucu ilə də onu kontrol edin. Qollarınızı iki tərəfdə bədəninizə birləşmiş vəziyyətdə tutaraq dik şəkildə durmağınız itin sizə marağını itirəcək.
 
4) Başını qatın
 
 
Nəsə ilə itin başını qata bilərsiniz. Yanınızda yeməli bir şey varsa, yaxşı olar. Amma yoxdursa, ayaqqabı, şüşə və ya çanta kimi çeynəyə biləcəyi bir şey verə bilərsiniz. Bu itin başını qatıb sizin qaçmağınız üçün vaxt qazandıracaq.
 
5) Göstəriş verin
 
Əgər it aqressiv davranmağa davam edirsə, göz təması qurmadan üzləşin. Getməsi üçün göstərişlər verin. Səs tonunuza diqqət edin, güclü və özündən əmin olmalıdır. İtlər çox kəskin səslərdən xoşlanmırlar. Ən təsirli göstərişlər isə "Xeyr" və "Geri çəkil, get" deyə bilərsiniz. Sərt bir səs tonunda şiddət ehtiva etmədən bu əmri versəniz it bunu başa düşəcək. (islamazeri) /

Google+ WhatsApp ok.ru