Tibb üzrə Nobel mükafatının qalibi açıqlandı

Tibb üzrə Nobel mükafatının qalibi açıqlandı

Bu gün Stokholmda Nobel Komitəsi tibb üzrə Nobel mükafatının qalibini elan edib.
 
Maide.Az xəbər verir ki, Nobel Tibb Mükafatı bu il yaponiyalı professor Yoshinori Ohsuminin olub. O, bu mükafata autofaqiya (hüceyrə daxilində lazım olmayan strukturların məhv edilməsi) mexanizminin öyrənilməsindəki xidmətlərinə görə layiq görülüb.
 
Ohsuminin bu çalışması xərçəngdən tutmuş bir çox xəstəlikdə nələrin səhv getməsinə yardımçı olacaq.
 
Qeyd edək ki, mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın 10-da - mükafatın təsisçisinin ölüm günündə keçiriləcək.
 
Bu il hər Nobel mükafatının məbləği 8 milyon isveç kronu (932 min dollar) təşkil edəcək.
 

Google+ WhatsApp ok.ru