Ticarət mərkəzlərində ərzaq məhsulları niyə azalır?

Bir neçə gündür ki, iri ticarət mərkəzlərində ərzaq məhsullarının seyrəldiyi müşahidə olunur. Apardığımız araşdırmalardan məlum olub ki, bu tendensiyanın səbəbi monopolistlərin ticarət mərkəzlərinə satdıqları mala görə qaimə verməməsidir.
 
Məsələ burasındadır ki, son vaxtlar Vergilər Nazirliyinin əməkdaşları iri ticarət mərkəzlərindən aldıqları malların qaimələrini tələb edirlər. Qaimə olmadıqda həmin malların satışına qadağa qoyulur. Bildirilir ki, Vergilər Nazirliyi bununla idxal mafiyasının, həmçinin gömrüyün dövriyyəsini bilmək istəmir. Bu baxımdan da idxal mafiyası ticarət mərkəzlərinə satdıqları mala görə qaimə vermir.
 
Bəzi iddialara görə, vergilər naziri Fazil Məmmədovun bu addımı Dövlət Gömrük Komitəsinin rəhbərliyini hiddətləndirib və onlar arasında gərginlik yaranıb.azadliq.info/
 

Google+ WhatsApp ok.ru