Tofiq Yaqublu: “Mən Milli Şurada qalıram” 06 Aprel 2016 01:00 Xəbərlər “O vaxt da bu fikirdəydim ki, Müsavat Partiyası Milli Şurada qalmalıdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. T. Yaqublu 2013-cü ildə Müsavat Partiyasının Milli Şuradan çıxmaqla bağlı qərarının olmasına baxmayaraq, bu təşkilatda təmsil olunduğunu açıqlayıb: “Milli Şura fərdlərin təşkilatıdır. Mən də fərd olaraq, Milli Şurada qalıram, çıxmamışam. Milli Şuranın toplantılarında da iştirak edəcəyəm. Milli Şurada təmsil olunduğumu Müsavat Partiyasının rəhbərliyi də bilir. Onlar da normal yanaşırlar. Partiyada Milli Şurada qalmağımla bağlı mənə heç bir irad bildirilməyib”. O, AXCP və Müsavat Partiyası arasında yaranmış gərginliyin həllinə çalışacağını da deyərək, bu istiqamətdə ilkin söhbətlərin aparıldığını qeyd edib. / Teqlər : #Tofiq Yaqublu: Mən Milli Şurada qalıram , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Elmlər Akademiyası`nın giriş-çıxışı BAĞLANIR Sergey Lavrov: “Bizim təkliflərimiz var”