Torpaq sahiblərinə xəbərdarlıq - CİDDİ TƏDBİR GÖRÜLƏCƏK - VİDEO

Ötən həftə keçirilən nazirlər kabinetinin iclasında dövlət başçısı kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz qalması ilə bağlı problemə toxundu. Torpağında əkin-biçin aparmayan fermerlər cəzalandırılacaq, hətta əlavə vergiyə cəlb olunacaqlar. Bununla bağlı təkliflər hökumətə təqdim edilib.
 
Fermerlər bu və digər səbəblərə görə sahib olduqları torpaqlarda əkib-biçin aparmırlar. Nəticədə hektarlarla sahə istifadəsiz qalır.
 
İstifadəsiz qalan torpaqları dövriyyəyə qaytarmaq üçün qanunlara dəyişiklik ediləcək. Torpaq Məcəlləsinə əlavə olunan maddədə örüş, otlaq və biçənəklər istisna olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əgər mülkiyyətçi ardıcıl iki il torpaqda əkin-biçin aparmasa, cərimələnəcək. Bununla yanaşı, həmin fermerlər əlavə vergiyə cəlb olunacaqlar.
 
Ancaq cəzalar tətbiq edilməmiş "fermer torpağı niyə istifadə etmir, hansı səbəb görə gəlir götürmür" sualına cavab tapılmalı, problemlər aradan qaldırılmalıdır. 

Google+ WhatsApp ok.ru