Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır 25 Aprel 2017 01:00 Xəbərlər ABŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək. Bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir. Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq. Sənəddə, həmçinin ölkə xaricində layihələrlə məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı yer alıb. (azadliq.info) / Teqlər : #Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Köçkünlər yolu bağladı, Hacıbala Abutalıbov əraziyə gəldi Rusiya `dünyanın ən böyük təyyarədaşıyanını` tikəcək