Trampı seçkilərdə qalib edən rusiyalı proqramçı həbs olundu

Trampı seçkilərdə qalib edən rusiyalı proqramçı həbs olundu

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) sorğusu ilə rusiyalı proqramçı Stanislav Lisov İspaniyada həbs olunub. Bu barədə “RT” məlumat yayıb. Məlumata görə, rusiyalı proqramçı Barselonadakı hava limanında saxlanılıb.
 
Rusiyanın İspaniyadakı səfirliyi rəsmi Madriddən Stanislav Lisovun hansı səbəbdən həbs edilməsi barədə açıqlama verməsini tələb edib. İspaniya polisi isə hələlik ətraflı məlumat verməyərək, sadəcə Rusiya vətəndaşının FTB və İnterpol tərəfindən axtarışda olmasını əsas gətirib.
 
Stanislav Lisov 2013-cü ildən İspaniyada yaşayır və “Taqanroq” şirkətində keyfiyyət təminatı proqramı üzrə mütəxəssis kimi çalışır. Qeyri-rəsmi məlumatlara görə, saxlanılan rusiyalı proqramçı Amerikada keçirilən prezident seçkiləri zamanı Hillari Klintona seçkilərə sayılı günlər qaldığı zaman elektron poçt qalmaqalını təşkil etməkdə ittiham olunur. Məhz Klinton barəsində yayılan məlumatlar onun nüfuzuna təsir etmiş və Donald Trampın qələbəsini reallaşdırmışdı. (faktxeber) /

Google+ WhatsApp ok.ru