Türkiyədə narkotikadan tutulanlar arasında Azərbaycan vətəndaşları çoxluq təşkil edir

Türkiyədə marixuana satışına görə həbs olunanlar arasında Suriya, İran, Gürcüstan və Azərbaycan vətəndaşları çoxluq təşkil edir.
 
Maide.az Haberler.com saytına istinadən xəbər verir ki, bu barədə məlumat Ankara Polis Baş İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin yaydığı açıqlamada əks olunub.
 
Açıqlamada bildirilir ki, 1997-2013-cü illərdə Türkiyədə həyata keçirilən əməliyyatlar nəticəsində 36 fəqli ölkə ilə 126 nəzarətli təslimat əməliyyatı olmaqla, ümumilikdə 261 birgə əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində 256 nəfər həbs olunub, 23 ton tiryək, 7 ton heroin müsadirə olunub.
 
2013-cü ildə 32.726 narkotika əməliyyatı həyata keçirilib və 57417 nəfər şübhəli qismində həbs olunub. Əməliyyatlar nəticəsində. 166 ton 268 kiloqram tiryək, 9 ton 843 kiloqram heroin, 430 kiloqram kokain, 221 kiloqram bonzai (sintetik cannabinoid), 101 kiloqram metamfetamin, 13.033 litr sirkə anhidrit, 323.963 ədəd qırmızı və yaşıl həb, 4.483.632 ədəd kaptaqon və 3.306.853 ədəd ekstasi ələ keçirilib.
 
Əldə edilə kəşfiyyat məlumatları nəticəsində, İran və Suriya daxil olmaqla, digər ölkələrdən Türkiyəyə külli miqdarda marixuananın daxil olduğu məlum olub. 2013-cü ildə bir neçə ölkədən Türkiyəyə 2.070 kiloqram marixuana daxil edilib. Bu ölkədə narkotika ticarəti ilə məşğul olan və həbs olunan xarici vətəndaşlar arasında Suriya, İran, Gürcüstan və Azərbaycan vətəndaşları böyük üstünlük təşkil edir. interaztv /

 

Google+ WhatsApp ok.ru