Türkiyədə səsvermə sona çatdı: səslər sayılır

İstanbul. Mayis Əlizadə-APA. Türkiyədə parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb.
 
APA-nın xəbərinə görə, səsvermə Mərkəzi Seçki Komissiyasının qərarına görə, Türkiyə saatı ilə saat 17.00-da bitib.
 
 
Seçicilər Türkiyədə 174 236 seçki məntəqəsində səs veriblər. Seçkidə 1 219 652 nəfər görəvli olub.
 
Xaricə gedən Türkiyə vətəndaşları üçün bu il mayın 8-dən etibarən gömrük-keçid məntəqələrində tərtib olunmuş səsvermə də başa çatıb.
 
Xaricdə 54 ölkə və 112 nümayəndəlikdə keçirilmiş səsvermənin nəticələrində Türkiyəyə gətirilmiş seçki qutuları da eyni vaxtda açılacaq.
 
Xaricdəki 2 866 979 seçicidən 931 465-u səsvermədə iştirak edib. /

Google+ WhatsApp ok.ru