Türkiyə və Ərəbistan Suriyada quru əməliyyatlar haqqında razılaşıb

Türkiyə hökuməti elan edib ki, Səudiyyə Ərəbistanla  Suriya ərazisində quru əməliyyatlar həyata keçirmək haqqında razılığa gəlmişik.

Maide.az xəbər verir ki, Türkiyə elan edib ki, İncirlik hərbi bazasını Səudiyyə Ərəbistan hərbi hava qüvvələrinin ixtiyarına verir.

"Bir strategiya varsa, onda Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatlara daxil edə bilər. Bu sözləri Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

Bu haqda Türkiyənin Yeni Şafak və Habertürk qəzetlər şənbə günü məlumat veriblər.

M. Çavuşoğlu əlavə edib ki, Səudiyyə Ərəbistanı da Incirlik (baza) üçün Türkiyəyə təyyarə göndərir. Onlar (Səudiyyə rəsmiləri)  hərbi bazada olublar və danışıqlar aparılıb. /

 

Google+ WhatsApp ok.ru