Türkiyəli jurnalist Can Dündara silahlı hücumun görüntüsü yayımlandı -VİDEO

Mayın 6-da türkiyəli jurnalist Can Dündara silahlı hücum edilib.
 
Ədliyyə idarəsinin qarşısında 1 nəfər ona 2 dəfə atəş açıb.
 
Jurnalistə heçnə olmasada NTV-nin yaxınlıqda duran müxbiri Yağız Şenkal ayağından yaralanıb.
 
Polis dərhal hücum edəni yaxalayıb.
 
Can Dündar bundan sonra mətbuata açıqlamasında deyib ki, hücum edənin kimliyini bilmirik, amma təşkilatçıların kim olduğunu bilirik.
 
Can Dündar “Cumhuriyyet” qəzetinin baş redaktorudur.
 
O, bu günlərdə prezident Racep Tayyip Erdoganı təhqir etmə ittihamı ilə 10 min dollar cərimə olunub.
 
Dündar həmçinin hökuməti devriməyə cəhd ittihamı ilə başqa bir məhkəmə ilə üzləşib.
 
Dundar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gul bu işdə təqsirli bilinsələr ömürlük həbsə məhkum oluna bilərlər.
 
HazırdaTürkiyədə 2 mindən çox adam Erdoganı təhqir etmə ittihamı ilə istintaq altındadırlar.
 

Google+ WhatsApp ok.ru