Türkiyənin `Cümhuriyyet` qəzetinin rəhbəri və yazarı tutulub 31 Oktyabr 2016 02:00 Xəbərlər Onların evində axtarış aparılıb Türkiyə polisi "Cümhuriyyet" qəzetinin icraçı direktoru Murat Sabuncu, İdarə Heyətənin sədri Akın Atalay və yazarı Güray Özün evində axtarış aparıb. "Report" "Cümhiriyyet"ə istinadən xəbər verir ki, M.Sabuncu və G.Öz tutulub. İnformasiyaya görə, A.Atalay xarici ölkədə olduğundan onun həbsinə dair qərar çıxarılıb. Qeyd edək ki, "Cümhuriyyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub. / Teqlər : #Türkiyənin `Cümhuriyyet` qəzetinin rəhbəri və yazarı tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səhiyyə Nazirliyi qarşısında 'üsyan edən' qadından xəbər var Bu avtobusların istiqaməti dəyişdi