Türkiyədə İŞİD-ə qoşulmaq istəyən iki azərbaycanlı tutulub

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən iki azərbaycanlı tutulub

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər tutulub.
 
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə polisinin Qaziantep, Şanlıurfa və Aydında keçirdiyi əməliyyat nəticəsində tutulanlardan 12-ci Rusiya, 8-i Türkiyə vətəndaşı, 2-si azərbaycanlı, 2-si özbəkistanlı, 1-i isə tacikistanlıdır.
 
Tutulan şəxslərdən silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçə dildə yazılmış vərəqələr və narkotik götürülüb.
 
Onların hamısında saxta sənədlər olub.
 
Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar.
 

Google+ WhatsApp ok.ru