Türkiyə yumurtadan kağız istehsalına başlayacaq

Türkiyə yumurtadan kağız istehsalına başlayacaq

Türkiyənin Kahramanmaraş şəhərinin elm adamları yumurta qabığından kağız əldə edə biliblər.
 
Alimlər alınan kağızın daha keyfiyyətli olduğunu deyirlər. Türkiyə kağız istehsalı üçün ağac məhsullarından asılı vəziyyətdədir.
 
Bunu nəzərə alan Kahramanmaraş Sütçü İmam Universitetinin "meşə sənayesi mühəndisliyi" üzrə  professoru Ahmet Tutuş və elmlər namizədi Fərhat Özdəmirdir.
 
Alimlərin fikrinə görə, yeni kəşfi ölkəni idxalçıdan ixracatçıya çevirəcək. Türkiyədə illik 100 min ton zibilliyə atılan yumurta qabığının təkrar istehsalı nəticəsində ölkə yüksək keyfiyyətli kağızın istehsalına nail olacaq. (baku.ws) /

Google+ WhatsApp ok.ru