Türkiyədə deputatları döydülər - VİDEO

Türkiyədə deputatları döydülər - VİDEO

Türkiyə Böyük Milli Məclisinin (TBMM) qarşısında konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı etiraz aksiyası keçirilib.
 
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyasında CHP-li millət vəkilləri, QHT üzvləri iştirak edib. 
 
Polis dağılmaq əmrinə tabe olmayan iştirakçılara qarşı bibər qazından istifadə edib. Polislə etirazçılar arasında baş verən qarşıdurmada CHP-nin Ankara millət vəkili Necatı Yılmazın protez dişi qırılıb.
 
Digər CHP-li deputatlar Orxan Sarıbal, Əli Şəkər və Şənər Saruhan da polisin müdaxiləsi zamanı yaralanıb.
 

Google+ WhatsApp ok.ru