Türkiyə Cəfərilərin Lideri Kanal 12 və ON4 TV-nin bağlanmasına münasibət bildirib

Türkiyə Cəfərilərin Lideri Kanal 12 və ON4 TV-nin bağlanmasına münasibət bildirib

Türkiyə Cəfərilərin Lideri Səlahəddin Özgündüz  Kanal 12 və ON4 TV-nin bağlanmasına münasibət bildirib. 
 
Maide.Az xəbər verir ki, S.Özgündüz deyib ki, Kanal 12 və ON4-ün bağlanmasını böyük üzüntü və kədərlə qarşıladım. “Əgər bu Əhli-Beyt (ə) kanalları ölkəmizin əleyhinə terror aktlarında yer almışlarsa (şəxsən mən bu kanallarda belə bir şeylərin  yayımlanmasına heç vaxt şahid olmamışam) bağlansa yaxşıdır. Amma məzhəbi təəssübkeşlikdən dolayı bağlanıbsa (məncə belədir) bunu edənlərə ayıbdır deyirəm. Bu Türkiyə Cumhuriyyətinə yaraşan bir iş deyildir. Gecə-gündüz məzhəblər arasında fitnə püskürən kanallara, milli mədəniyyətimizi unutdurmağa, məhv etməyə çalışan kanallara toxunmayıb, bu iki kanalı bağlamalarını düşündürücü hesab edirəm. Aidiyyatı orqanlardan tez bir zamanda bu iki kanalın açılmasına görə gərəkli addımların atılmasını gözləyirik”.
 
 

Google+ WhatsApp ok.ru