Türkiyə kitabxanalarında saxlanılan 10 qədimi Quran İranda çap olunacaq

Türkiyə kitabxanalarında saxlanılan 10 qədimi Quran İranda çap olunacaq

Türkiyə kitabxanalarında saxlanılan 10 qədim və xəttatlıq nümunəsinə görə gözəl olan Quran İranda çap olunacaq. 
 
Maide.Az xəbər verir ki, bunu İranın “Şukuhi Fondunun” elmi şurasının üzvi  Yusif Beygbabapur  deyib.  
 
O deyib ki, Türkiyə kitabxanalarından 100 qədim Quranın dicital kopyalarını almışıq. “Biz bu Quranlardan 10 ədədini  xəttatlıq və təzhib (bəzəyinə) görə seçmişik və  onları çap edəcəyik”. 
 
Y.Beygbabapur deyib ki, bu Quranlar  yeddi, səkkiz, doqquz və onuncu əsrlərə aiddir. “Quranlar Türkiyəli və İranlı xəttatların əl işidir. İlk dəfə olaraq biz bu Quranları çap etmək istəyirik” 
 

Google+ WhatsApp ok.ru