Türkiyə Cəfərilər Liderinin müavini vəfat edib

Türkiyə Cəfərilər Liderinin müavini vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
Türkiyənin tanınmış ruhanisi, Türkiyə Cəfərilər Liderinin müavini və Zeynəbiyyə məscidinin imamlarından olan alim Şeyx Həmid Turan bu gün vəfat edib. 
 
Maide.Az xəbər verir ki, Şeyx Həmid Turan 2015-ci ildə ürəyindən açıq əməliyyat olunduqdan 2 gün sonra komaya düşmüşdü və 1 il müddətində xəstəxananın reanimasiya şöbəsində yatırdı. O, Zeynəbiyyə məscidiin banilərindən biri olub.    
 
Mərhum alimin dəfn mərasimi fevral ayının 12-də baş tutacaq. Zeynəbiyyə məscidində əzadarlıq məclisi təşkil olunacaq. 
 
Allah rəhmət eləsin! 
 

Google+ WhatsApp ok.ru