Türkiyədə Həzrəti Süleymana aid olan möhür tapılıb – FOTO

Türkiyədə Həzrəti Süleymana aid olan möhür tapılıb – FOTO

Türkiyənin Amasiya şəhərində təhlükəsizlik qüvvələri Kızılcaörən kəndində  yaşayan S.Önün evində axtarış zamanı Həzrəti Süleymana (ə)  aid olduğu ehtimal edilən bürünc möhür tapıblar. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, axtarış zamanı bir neçə digər tarixi əsərlər də aşkarlanıb. 
 
Məlumata görə, axtarış zamanı həmçinin  2 ədəd 5 yarpaqlı, 3 ədəd 4 yarpaqlı  üzərində İbranicə yazı və iraələr olan 5 qızıl kitabə, üzərində  İbranicə yazı və işarələr olan qızıl görüntülü öküz  heykəli, 6 səhifəlik “Tövrat” olduğu hesab olunan metal kitab, üzərində İbranicə yazı olan bürünc tilsim, 2 ədəd sehr kitabı olduğu bildirilən metal kitab götürülüb.
 
Əşyalar muzeyə təqdim olunub.
 

Google+ WhatsApp ok.ru