Türkiyədə 50 nəfər yeməkdən zəhərlənib

Türkiyədə 50 nəfər yeməkdən zəhərlənib

Türkiyənin Muğla vilayətində 50 nəfər keyfiyyətsiz yeməkdən zəhərlənib.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki,  zəhərlənənlərin əksəriyyəti yerli universitet tələbələridir. Keyfiyyətsiz yeməkdən 10 inşaat işçisi də zəhərlənib.
 
Zəhərlənənlərdə qusma, başgicəllənmə, ürəkbulanma və ishal müşahidə olunub.
 
 
Hadisə ilə bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru