Türkiyədə daha bir güclü zəlzələ

Türkiyədə daha bir güclü zəlzələ

Bu gün Türkiyənin Manisa vilayətində 5.1 gücündə zəlzələ olub.

Maide.Az xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb. Bildirilir ki, yerli vaxtla 14:26-da qeydə alınan zəlzələ ətraf ərazilərdə - İzmir, Çanakkala, Aydın, Balıkesir, İstanbul şəhərlərində də hiss edilib.
 
Əhalinin təşvişə düşdüyü deyilir.
 
Dünən də Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olmuşdu.
 
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.

 

Google+ WhatsApp ok.ru